Zarafat gəlməsin sənə bu dünya

Zarafat eleme qurbanın olum,
Bu dünya zarafat meydanı deyil.
Qarışqa yerişi rahat yerişdi,
Bu dünya köhlen at meydanı deyil.

Oynadıb çox şeyi umar oynama,
Etse de ruhunu xumar oynama.
Sen bu qumarbazla qumar oynama,
Zarafat gelmesin sene bu dünya.

Çox yerde qebrini qazan olacağ,
Başın qaynamaqdan qazan olacaq.
Sanma yaşamağın asan olacağ,
Zarafat gelmesin sene bu dünya.

Yoxsulluq yoxsulun bağrına oxdu,
Medesi toxların mezesi toxdu.
Fil var qarışqaca hörmeti yoxdu,
Zarafat gelmesin sene bu dünya.

Çox yerde mekirli oyun olacaq,
Şir peleng çevrilib qoyun olacaq.
Hele neçe defe toyun olacaq,
Zarafat gelmesin sene bu dünya.

Ömrünü qar yeyib qış aparacaq,
Xırmandan denini quş aparacaq.
Dünyadan elini boş aparacaq,
Zarafat gelmesin sene bu dünya.

Qeybetin quyusu hiylenin toru,
Sene diri-diri gösterer goru.
Başın var başını başsızdan qoru,
Zarafat gelmesin sene bu dünya.

Şeytan dura-dura şerlener deve,
Qatır quyruğunda herlener deve.
Kininden yıxılar tirrener deve,
Zarafat gelmesin sene bu dünya.

Muğamı ağlamaq valı ağlamaq,
Valında qırılmış halı ağlamaq.
Fışdırıq çalmağın dalı ağlamaq,
Zarafat gelmesin sene bu dünya.

Yasın yeddisi var üçü qırxı var.
Qebir yerinin de haqqı nırxı var
Aye zalım oğlu, ölümden sonra da hele qorxu var
Zarafat gelmesin sene bu dünya.

Zelimxan hesretin yeddi qat olar
Heyatın qan dolu bir heyat olar,
Zarafat elesen şahın mat olar,
Zarafat gelmesin sene bu dünya.
+ +4 -

Şərh Yaz