Sənə saf sevgimi çatdiracaqam

Mənim görüşümə təkcə gələrsən,
Yanında olmasın tanışın, dostun
Gündüz yox, qaranlıq gecə gələrsən,
Yanında olacam, olmasın qorxun.

Nə olub, de, niyə duruxdun, qaldın?
Çatıldı qaşların, bu necə görkəm?
Qızarıb yanağın, birtəhər baxdın,
Bir az danışasan, dinəsən bəlkə?

Bax mənə, başını daima dik tut!
Gözlərin parlayır baxınca gözə.
İlahi bir mələk cismində qurub,
Ürək istəyirəm yanında dözə.

Sevgimi yağdırıb yağıştək səni
Eşqlə məhəbbətlə isladacağam.
Etiraf edəcəm- Sevirəm səni!
Sənə saf sevgimi çatdıraçağam!



MÜƏLLİF:SEYMUR SÖNMƏZ PAŞAYEV
+ 0 -

Şərh Yaz

  • Sayt.Biz
  • Sayt.Biz
  • Sayt.Biz