Zülfün gözəlim darə yanaqlarını öpsün
Zülfün gözəlim darə yanaqlarını öpsün
Zülfün, gözəlim, darə, yanaqlarını öpsün,
Əsdikcə külək, qönçə dodaqlarını öpsün.
Bir sərv sayağı uzanıb göyləri seyr et,
Göylər səpələnmiş o budaqlarını öpsün,
Dəryada balıq tək burulub sahilə çırpın,
Daşlar, qayalar pullu daraqlarını öpsün.
Bir dəst kitab ol, səni sevsin bəni-adəm,
Barmaq dilin hökmüylə varaqlarını öpsün.
Qandalda yatan zülfünü əfv eylə, ey afət,
Təzim eləyib, incə ayaqlarını öpsün.
Çərşaba bürün, ruyini gizlət, gözə gəlmə,
Cüt əllərin ol lalə yanaqlarını öpsün.
Şəffaf su kimi qayna ki, daşlar arasından,
Ensin bu Səxavət də budaqlarını öpsün.
ŞƏRHLƏR(0)
SİZİ CƏLB EDƏ BİLƏR

Heydərbabaya salam I Şəhriyar
Heydər Baba, ildırımlar şaxanda, Sellər, sular şaqqıldayıb axanda, Qızlar ona səf bağlayıb baxanda, Salam olsun şövkətizə, elizə, Mənim də bir adım

Sevgi Şeirleri
Sevgi Şeirleri, Sevgi seirleri umumi və cəmləşdirilmiş halda bu bölmədə,Sevgi şeri,Sevgi hekayesi,Sevgi romani ve sairi

Əliağa Vahiddin Qəzəlləri
Füzuli ənənələrinin davamçısı olan Əliağa Vahid müasir Azərbaycan ədəbiyyatında qəzəl janrının görkəmli nümayəndəsidir. Qəzəlləri poetik dilinin

Şeir Get Gülüm
Get, gülüm, get, gözəlim! Başqa bir aşiq ara, bul! Duydum artıq sənin eşqindəki məna nə imiş!..

Şeir Mən sevməyi unutmuşam
İstəmirəm, mən nə səni, Nə də sənin xəyalını istəmirəm...! Qoy özgələr sevsin səni... Xeyri yoxdur sözlərin də, Göz yaşınınn xeyri yoxdur..