Belə qoyma yanə-yanə belə qəmli-qəmli baxma

Belə qoyma yanə-yanə belə qəmli-qəmli baxma


Baharım dönər xəzanə,belə qəmli-qəmli baxma,
Ürəyim gələr fəqanə, belə qəmli-qəmli baxma.

Nə qədər ki,sağdı canım,bu cəhanda aşiyanın,
Bax ümid ilə cəhanə, belə qəmli-qəmli baxma.

Hani məndə tabü taqət ki çəkim bu qədri möhnət,
Məni çəkmə imtəhanə, belə qəmli-qəmli baxma.

Nə cəfadı dözmək olmur,nə cəzadı çəkmək olmur,
Ki canım gələr cəzanə, belə qəmli-qəmli baxma.

Eyləyib qəmin əsiri gülüm Əşrəfi-fəqiri,
Belə qoyma yanə-yanə, belə qəmli-qəmli baxma
+ 0 -

Şərh Yaz

  • Sayt.Biz
  • Sayt.Biz
  • Sayt.Biz