Gün çıxıb ki yenə dünyanı işıqlandırsın
Gün çıxıb ki yenə dünyanı işıqlandırsın
Gün çıxıb ki, yenə dünyanı işıqlandırsın,
Yaxıb öz cismini hər yanı işıqlandırsın.
Bu nə sevda ki, məhəbbətdən əsər görsənmir,
Elə sevda elə, sevdanı işıqlandırsın.
Səndə də var meyl, məndə də, cəhd eylə, gülüm,
O təmənna bu təmənnanı işıqlandırsın.
Gözünü yuma ki, dərya qaralıbdır yenə də,
Gözünü aç yenə dəryanı işıqlandırsın.
Dərdimi gördü və loğman da təəccübləndi,
Et əlac dərdə ki. loğmanı işıqlandırsın.
Yazmışam “loğman”ı, bəs qafiyəsi düzmü məgər?
Tap elə qafiyə misranı işıqlandırsın.
Ey qəzəlxan, müəmma yaradırsan güya,
Elə nəzm et ki, müəmmanı işıqlandırsın.
Şahina, surəti tə’rif eləmək bəsdi daha,
Tə’rifin, sə’y elə, mə’nanı işıqlandırsın.
ŞƏRHLƏR(0)
SİZİ CƏLB EDƏ BİLƏR

Heydərbabaya salam I Şəhriyar
Heydər Baba, ildırımlar şaxanda, Sellər, sular şaqqıldayıb axanda, Qızlar ona səf bağlayıb baxanda, Salam olsun şövkətizə, elizə, Mənim də bir adım

Elə məqam olurki
Diqqət eylə həyatın əvvəli var sonu var, Çalış elə yaşa ki,aləmin olmasın dar, Hər ötən baxa bilər,baxmağında yönü var, Elə məqam olar ki, gözünü

Sevgi Şeirleri
Sevgi Şeirleri, Sevgi seirleri umumi və cəmləşdirilmiş halda bu bölmədə,Sevgi şeri,Sevgi hekayesi,Sevgi romani ve sairi

Əliağa Vahiddin Qəzəlləri
Füzuli ənənələrinin davamçısı olan Əliağa Vahid müasir Azərbaycan ədəbiyyatında qəzəl janrının görkəmli nümayəndəsidir. Qəzəlləri poetik dilinin