Post and in-post ads
» » Yaxşı bax bir qəmli xülya bir dənizdir bir də mən

Yaxşı bax bir qəmli xülya bir dənizdir bir də mən

2-11-2017, 16:43
1 051
0
Yaxşı bax bir qəmli xülya bir dənizdir bir də mən


Durmuşam sahildə tənha, bir dənizdir, bir də mən,
Gözdən itmiş sanki dünya, bir dənizdir, bir də mən.

Vaxt var idi birgə idik, sevgilim, mən və dəniz,
İndi yox heyf ol dilara, bir dənizdir, bir də mən.

Cümlə aşiqlər səni görmək ümidin üzdülər,
Göz dikən yoluna bica bir dənizdir, bir də mən.


Axşam oldu, hamı yatdı, həsrətindən yatmayan
Görməyən heç vaxtı röya bir dənizdir, bir də mən.

Çoxları görcək səni öz eşqin elan eyləyib,
Çağlayan eşqinlə amma bir dənizdir, bir də mən.

Bir zaman Məcnun idi divanə, səhra məskəni,
İndi yox Məcnun, nə səhra, bir dənizdir, bir də mən.

Fəhmi, həsrət üçbucağı çəkdi tale ruhuma,
Yaxşı bax, bir qəmli xülya, bir dənizdir, bir də mən
SİZİ CƏLB EDƏ BİLƏR
Heydərbabaya salam I Şəhriyar
Heydərbabaya salam I Şəhriyar
Heydər Baba, ildırımlar şaxanda, Sellər, sular şaqqıldayıb axanda, Qızlar ona səf bağlayıb baxanda, Salam olsun şövkətizə, elizə, Mənim də bir adım
Sevgi Şeirleri
Sevgi Şeirleri
Sevgi Şeirleri, Sevgi seirleri umumi və cəmləşdirilmiş halda bu bölmədə,Sevgi şeri,Sevgi hekayesi,Sevgi romani ve sairi
Əliağa Vahiddin Qəzəlləri
Əliağa Vahiddin Qəzəlləri
Füzuli ənənələrinin davamçısı olan Əliağa Vahid müasir Azərbaycan ədəbiyyatında qəzəl janrının görkəmli nümayəndəsidir. Qəzəlləri poetik dilinin
© Sayt.biz 2014 - 2022 - bütün hüquqlar qorunur...