Çün mahi-Mühərrəm yetib əldə qələm ağlar
Çün mahi-Mühərrəm yetib əldə qələm ağlar
Hər kim ki,qoyarsa rəhi-eşqə qədəm ağlar,
Bu yolda sevinc olmaz,o çəkdikcə qəm ağlar.
Gör Kərbübəladə nə bəla çəkdi Hüseynim,
Kim yadə salarsa dura bilməz,o dəm ağlar.
Qalmışdı o gün Zeynül-İbad xəstə yatağda,
Yox çarəsi üz verdi ki,dərdü ələm ağlar.
Tökdü gözünün yaşını Zeynəb gecə-gündüz,
Bu halə baxıb körpə uşaqlar da həm ağlar.
Ağlardı Mühəmməd ,Əli, Zəhra, Həsən hətta
Misl aləmi icrə nə ki, var möhtərəm ağlar.
Yox üzrü qiyamət günü zalımların ey dil,
Kim vermiş əgər Ali-Əbayə sitəm ağlar.
Çeşmim kimi yaşlar axıdır xamə Qəvimi,
Çün mahi-Mühərrəm yetib əldə qələm ağlar.
ŞƏRHLƏR(0)
SİZİ CƏLB EDƏ BİLƏR

Heydərbabaya salam I Şəhriyar
Heydər Baba, ildırımlar şaxanda, Sellər, sular şaqqıldayıb axanda, Qızlar ona səf bağlayıb baxanda, Salam olsun şövkətizə, elizə, Mənim də bir adım

Sevgi Şeirləri
Sevgi və ya Məhəbbət — emosional keçid mərhələlərində insanların biri-birinə isinişməsidir. Məhəbbət – müxtəlif emosional halların birgə yaşanması

Əliağa Vahiddin Qəzəlləri
Füzuli ənənələrinin davamçısı olan Əliağa Vahid müasir Azərbaycan ədəbiyyatında qəzəl janrının görkəmli nümayəndəsidir. Qəzəlləri poetik dilinin

Şeir Apar məni uzaqlara
Tut əlimdən gedək gülüm Sən hayana, mən də ora. Qoyma, gəlib çatsın ölüm Apar məni uzaqlara