Post and in-post ads
» » Gözü yaşlı dəmadəm Xaliqə yalvarə eşq içrə

Gözü yaşlı dəmadəm Xaliqə yalvarə eşq içrə

3-11-2017, 10:17
1 163
0
Gözü yaşlı dəmadəm Xaliqə yalvarə eşq içrə


Könül,qaldım əcəb həsrət məhi-rüxsarə eşq içrə,
Qəmi-hicranla olmuş ruzigarım qarə eşq içrə.

Xəyalın eylədimsə yarımın hüsnün nə vaxt ey dil,
Bəla səhrasına düşdüm məni-avarə eşq içrə.

Vüsali-yarə yetməkçün əsiri-dərdəm,ey bidərd,
Diyari-dərdə kim düşsə ona yox çarə eşq içrə.

Əlacın ey təbib,axtarma bidərman olan dərdin,
Bu dünyadə tapılmaz bir dəva bimarə eşq içrə.

Dolanıb şəmdə yansam mənə eyb etməyin əsla,
İşi pərvanənin yanmaq olubdur narə eşq içrə.

Nigarım,gəl səfa bəxş et vüsalınla məni-zarə,
Kərəm qıl,binəva aşiq yetişsin yarə eşq içrə.

Xəlayiq içrə vardırmı Qəvimi,sən kimi aşiq,
Gözü yaşlı dəmadəm Xaliqə yalvarə eşq içrə.
SİZİ CƏLB EDƏ BİLƏR
Heydərbabaya salam I Şəhriyar
Heydərbabaya salam I Şəhriyar
Heydər Baba, ildırımlar şaxanda, Sellər, sular şaqqıldayıb axanda, Qızlar ona səf bağlayıb baxanda, Salam olsun şövkətizə, elizə, Mənim də bir adım
Axtarma meni Seir
Axtarma meni Seir
Qem quste icindesen cun ureyun dagli qalib, Bu sual ureyimde cavabsiz maragli qalib. Ureyun pasli hicran qifili ile bagli qalib, Mendedir
Sevgi Şeirleri
Sevgi Şeirleri
Sevgi Şeirleri, Sevgi seirleri umumi və cəmləşdirilmiş halda bu bölmədə,Sevgi şeri,Sevgi hekayesi,Sevgi romani ve sairi
Şeir GƏL GİZLƏNƏK HƏSRƏT BİZİ TAPMASIN
Şeir GƏL GİZLƏNƏK HƏSRƏT BİZİ TAPMASIN
Gözəl Şeirlər, Mənali maraqli Şeirlər,Fotoda yazili şeirlər,Sevgi Seirləri Ömür yolun vuraq bərabər başa, Əhd eyləyək, birgə dolaq biz yaşa. Bu
Əliağa Vahiddin Qəzəlləri
Əliağa Vahiddin Qəzəlləri
Füzuli ənənələrinin davamçısı olan Əliağa Vahid müasir Azərbaycan ədəbiyyatında qəzəl janrının görkəmli nümayəndəsidir. Qəzəlləri poetik dilinin
© Sayt.biz 2014 - 2022 - bütün hüquqlar qorunur...