Gedək Dostum.

Şairlər tərk edir gedir bu diyarları bu diyarlar çox

dəyişib çoxalıb kədərlər. Yalanlar dar ağacına

gətrir həqiqətləri,həqiqətlər isə pərdə arxasında

qalır.Dil nökərdi ,qəlb üsyankar gözlər görür

amma izah edə bilmir.Qulaqlar sevir ancaq

yalanları.Fikirlər işğalçı dövlətlər olub.Əllər

məcbur intihar kəndirini dartır.Bu diyarların

kədərləri çoxalıb, şairləri azalıb. Rəzalətlər

küləklər kimi sürətli əsir, səfalətlər baş alıb gedir

bu diyarlarda. Mərhəmətlər köməksiz qalıb ,vicdan

sükuta qərq olub ,dualar səmimiyyətin deyil

mənfəətin gözətçisi olub.Gəl dostum,gəl gedək

bizdə bu diyarlardan. Bu diyarlarlarda daha yoxdur

səmimiyyət var yalan ,nifrət var rəzalət..!
+1
Şərh əlavə et

Şərh Yaz