Məsələn ol

Məsələn. Bir dəniz fənəri ol, yolunu dumanlarda

itirmiş gəmilərin ümüdü.

Bir gecədə günahlarla qazanılmış pullar ol,sənə

nifrət etsin əllər.

Məsələn bir vicdan ol, səninlə danışsın

səmimiyyət.

Yada sonsuz saman yolu ol,fəth edilmən çətin

amma zövqlü olsun.

Məsələn.Səmalardan damlayan yağış ol,buludların

göz yaşı.

Bir qəlbdə ayrılıq,kədər ol.Gözləyən gözlərdə

həsrətin sonu.

Məsələn.Bir yol ol, sonu sonsuz yollara çıxan yol

Bir kiçik ada ol, adaya gözlənilməz yağış ol

Məsələn. Duman ol, gözlərin görübdə seçə

bilmədiyi.

Bir soyuq qış ol, payızın qəddar düşməni

Məsələn adsız məzar ol, unudulan qəbir

Yaddaşı itirilmiş şəhər ol, işğal edilmiş

Məsələn .Bir xəyanətkar insan ol ,məhəbbətə xain

Bir cümlə ol, o cümlədə itirilmiş sevgi

Məsələn xatırlamayan ol, unudulmayan

Sonda bir sətir yalan ol, həqiqətlərdə.
+3
Şərh əlavə et

Şərh Yaz