Əzizxan


Elnur Rəsuloğlu (Əliyev)


Rəhmətlik Əzizxan müəllimin əziz xatirəsinə


Əlli doqquzuncu ilin ilk günü,

Bu fani dünyaya tutdu üzünü.

Təsdiqləmək üçün öz türklüyünü

Əlindən gələni etdi Əzizxan.


Üç oğlu, kiçiyi Beyrəyi oldu,

Mətləb Nağı dostu, ürəyi oldu.

Çoxunun dayağı, köməyi oldu,

Məzlum harayına yetdi Əzizxan.


Elmi, savadıyla daim ucaldı,

Ölənəcən sadə, gülərüz qaldı.

Tanrı vermiş idi, Tanrı da aldı,

Xalqın “kisə”sindən getdi Əzizxan.

+1

Şərhlər 1

Admin Tarix 9 oktyabr 2018 01:32
Super yazilib əla hələ axirinci kuplət daha çox çox mənali gəldi mənə
--------------------
Beydı
Şərh əlavə et

Şərh Yaz