İthaf


Elnur Rəsuloğlu (Əliyev)

Xətrinə dəyməsin yazacaqlarım,
Ağlına gəlməsin pis-pis fikirlər.
Ləkəsiz adım var, qazandıqlarım
İstəsəm, ömrümün sonuna yetər.

Dünyanın işini bilməkmi olur?
Əzrayıl oturub fürsət gözləyir.
Yanına səssizcə gəlməkmi olur?
Əli ətəyində dəvət gözləyir.

Həbs edib ruhumu, salıb qəfəsə,
Əqlimi apardın şirin dilinlə.
Sakitcə dayanaq nəfəs-nəfəsə,
Rahatca qəlbimin səsini dinlə.
+ 0 -

Şərhlər 1

Offline
Admin 13 dekabr 2018 01:41
Təşəkkür şeir üçün əla super
--------------------
Beydı

Şərh Yaz

  • Sayt.Biz
  • Sayt.Biz
  • Sayt.Biz