Mənim


Elnur Rəsuloğlu (Əliyev)


Həyatım boyunca etdiklərimin

Savabı sənindir, günahı mənim.

Ümidlə baxdığın uca göylərin

Mələyi sənindir, Allahı mənim.


Bilinməyir sağı, solu günlərin,

Ömrümüzdən keçir yolu günlərin.

Gözlədiyin sevgi dolu günlərin

Dünəni sənindir, sabahı mənim.


Qırılıb telləri tar-kamanımın,

İtibdir açarı vaxt, zamanımın.

Hər gün elədiyim and-amanımın

Vallahı sənindir, billahı mənim.




İnstagram səyfəmizi Moda Şəkil Təqib et
+ +1 -

Şərhlər 1

Offline
Admin 4 fevral 2019 01:34
Həqiqərən super, əllərin dərd görməsin
--------------------
Beydı

Şərh Yaz

  • Sayt.Biz
  • Sayt.Biz
  • Sayt.Biz