Sayt.Biz


» » Gözəl! (Qarğışnamə)

Gözəl! (Qarğışnamə)


Elnur Rəsuloğlu (Əliyev)


"Qız" adın daşımaq səninçün deyil,
"Qızlıq dünyası"na ləkəsən, gözəl!
Görüm, bu dünyada ömrün uzunu
Kədərli olub dərd çəkəsən, gözəl! 


Kar olsun qulağın, lal olsun dilin,
Tökülsün saçların, əyilsin belin.
Getsin, qayıtmasın geri sevgilin,
Gözünü yollara dikəsən, gözəl! 


Bütün bədənini bürüsün irin,
Uzaqdan "gəl" desin qartmağın, kirin.
Ağlaya-ağlaya əzizlərinin
Ağ kəfənlərini tikəsən, gözəl!


Yazdı: Elnur
Hörmətli Ziyarətçi, sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz. Sayta Qeydiyyat ol saytdan daha rahat istifadə edə bilərsiniz.

1 Şərhlər

Admin 21 iyun 2020 09:59
Super və çox rast gəlinməyən Şeir tiplərindəndir, maraqlı və mənalı şeirdir 
--------------------
Beydi
  • Bəyən
  • 1
Adınız: *
E-Posta adrəsiniz: *
Şəkildə göstərilən hərf və ya rəqəmi yazın: