Sayt.Biz


» » Şeir İnanma

Şeir İnanma

Bir gün, unutmuşam, desələr sənə,
Gözümə baxmamış gözün, inanma!
Həsrət şərabını versələr sənə,
Yenə seç əyridən düzü, inanma!

Mən səndən sevgimi gizlətmədim heç.
Qırsam da qəlbini günahımdan keç.
Ya çılğın eşqimiz, ya ayrılıq! Seç!
Yerimi verməyər yüzü, inanma!

Bilirəm, bu sevda zamansız oldu,
Dostlar düşməndən də amansız oldu!
Desələr: "O, sənə vəfasız oldu!”
Yalandır onların sözü, inanma!

Qısqanclıq əlindən odda yansalar,
Səni sevdiyimi səndən dansalar,
Bu təmiz eşqimi oyun sansalar,
İnanma, sevgilim, özün inanma!l
Hörmətli Ziyarətçi, sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz. Sayta Qeydiyyat ol saytdan daha rahat istifadə edə bilərsiniz.
Adınız: *
E-Posta adrəsiniz: *
Şəkildə göstərilən hərf və ya rəqəmi yazın: