Sayt.Biz


» » Söylə Necə əl çəkim Şeir

Söylə Necə əl çəkim Şeir

Deyirsən ki, səninlə biz yaxın dostuq artıq,
Sevərək bilə-bilə bu dostluğu yaratdıq,
Mənə "yasaqsan" deyib "aşiq, sən də sus artıq!"
Yaxşı, sənin sevdandan söylə kimə bəhs edim?!

Həsrətin oğrun-oğrun mənə gəlir axşamlar,
Tənhalıq əlləriylə bu bədəni qucaqlar,
Bir az içki-siqaret və anlamsız mahnılar,
Yaxşı, sənin sevdandan söylə kimə bəhs edim?!

Sən bilərsən necədir dost olaraq sevilmək,
Nağıllardaki kimi xəyallarda öpülmək,
Bir bilsən nə çətindir, susaraq səni sevmək,
Yaxşı, sənin sevdandan söylə kimə bəhs edim?!

Bəzən "unut", "keçəcək" cavab alıram səndən,
"Almışam artıq qərar" belə deyirsən hərdən,
Dadmamısan axı sən "sevgi" adlı zəhərdən,
Yaxşı sənin sevdandan söylə kimə bəhs edim?!

Gün gələcək susacaq, bu dəli, aşiq şair,
Torpaq olub gedəcək, ruh köçəcək və sair,
Başqasına demərəm, qalsın sənə bu şeir,
Yaxşı sənin sevdandan söylə kimə bəhs edim?!
Hörmətli Ziyarətçi, sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz. Sayta Qeydiyyat ol saytdan daha rahat istifadə edə bilərsiniz.
Adınız: *
E-Posta adrəsiniz: *
Şəkildə göstərilən hərf və ya rəqəmi yazın: