Mənə Baxdın qəzəl

Biz sosial mediada:
TikTok: BEY MEDİA | YouTube: BEY MEDİA | İnstagram:BEY MEDİA


Mənə Baxdın qəzəl




Ey sevgili yar, nazlı baxışla mənə baxdın,
Sandım ki, səni qismət edibdir mənə baxtım.

Yoxdur diləyim həmdəmim olmaq, nə üçün, yar?
Ulduz kimi birdən-birə sən ruhuma axdın.

Mən vəslə ümid eylədim, amma nə edim ki,
Alt-üst edib ümidimi, şimşək kimi çaxdın.

Nazəndə gözəllərdə sanırdım ki, vəfa var,
Əğyarın əlindən gül alıb köksünə taxdın.

Mir Mehdi deyir: Bəxtimə bax, sevgili canan,
Bir ay kimi gəldin, məni sən gül kimi yaxdın.

Müəllif: Mir Mehdi

Şərh Yaz