Şeir GƏL GİZLƏNƏK HƏSRƏT BİZİ TAPMASIN

Biz sosial mediada:
TikTok: BEY MEDİA | YouTube: BEY MEDİA | İnstagram:BEY MEDİA

Şeir GƏL GİZLƏNƏK HƏSRƏT BİZİ TAPMASIN

Ömür yolun vuraq bərabər başa,

Əhd eyləyək, birgə dolaq biz yaşa.

Bu sevginin oxu dəyməsin daşa,

Xoş duyğuya bəd niyyəti yapmasin,

Gəl, gizlənək, həsrət bizi tapmasın.





Məcnun, Fərhad sidq ürəklə seviblər,

Sevən kəslər bəzən nakam gediblər.

Dunya fani, ömür qısa - deyibler,

Ağzin acib bizi də o qapmasin,

Gəl, gizlənək, həsrət bizi tapmasın.





Ya dağlara,yamaclara üz tutaq,

Həyat bizim, qəm - kədəri unudaq.

Bu həyatı bir yaşayaq,bir olaq,

Hicran sinəmizde atın capmasin,

Gəl, gizlənək, həsrət bizi tapmasın.



MÜƏLLİF: SEYMUR SÖNMƏZ PAŞAYEV

Şərh Yaz