Dünyada yaşaman mənim bəsimdir

Dünyada yaşaman mənim bəsimdir

Dünyada yaşaman mənim bəsimdir.

Şeir



Həsrətdən ürəyə düşər dərd - qübar,
Gözlər vüsalını axtarıb sorar.
Sənin varlığınla iftixar duyar,
Dünyada yaşaman mənim bəsimdir.

Ayrılıq tək bizdə görünməyibdir,
Əsil məhəbbətlər bölünməyibdir.
Adın ürəyimdən silinməyibdir,
Dünyada yaşaman mənim bəsimdir.

Demə unuduldum, unudulmazsan,
Gündüz günəşimsən,gecələr aysan.
Kənardan yad kimi dolanıb baxsan,
Dünyada yaşaman mənim bəsimdir.

Əgər nakam köçsəm məzarım üstə
Gələndə qızılgül gətir bir dəstə.
Baxışım dinəcək bu cür ahəstə,
Dünyada yaşaman mənim bəsimdir.

MÜƏLLİF: SEYMUR SÖNMƏZ



İnstagram səyfəmizi Moda Şəkil Təqib et
+ 0 -

Şərh Yaz

  • Sayt.Biz
  • Sayt.Biz
  • Sayt.Biz