Sayt.Biz


» » Sevgi Şeirləri

Sevgi Şeirləri

Sevgi Şeirləri

Sevgi və ya Məhəbbət — emosional keçid mərhələlərində insanların biri-birinə isinişməsidir. Məhəbbət – müxtəlif emosional halların birgə yaşanması nəticəsində meydana çıxıb, mexanizmi – əsasən beyinin assosiativ funksiyasına əsaslanır. Belə ki, burada davamlı emosional kontaktın (transferin) meydana gəlməsi üçün emosiyanı qıcıqlandıran müxtəlif xarici təsirlərin mövcudluğu zəruri şərtdir, məsələn, təbiət mənzərələrinin birgə seyri, birgə musiqi dinlənilməsi, müxtəlif həyəcanlı, sevincli situasiyaların, rəngarəng epizodların, lirik anların birgə yaşanması və s. kimi. Alınan təəssüratın qüvvəsi gələcəkdə yaranacaq emosional kontaktın (transferin) qüvvəsini xarakterizə edir ki, sonradan bu kontaktın qırılması müxtəlif psixi travmalara gətirib çıxarır.

Ümumi halda, insanlar arasında davamlı emosional kontaktın (“cazibənin”) meydana çıxması üçün onların bioloji (bədən quruluşu, boy, səs amplitudası, köklük, dərinin, saçın, gözün və s. rəngi) və emosional (temperament) xüsusiyyətlərinin kontrastlılığı (biri-birini tamamlaması); intellektual (dünyagörüş, etik və estetik normalar sistemi, həyata baxış, bilik əmsalı) və iradi (stereotiplər sistemi ilə əlaqədar) xüsusiyyətlərinin uyğunluğu zəruri şərtlərdəndir. Həmçinin, tərəflərin biri-birinə (birtərəfli məhəbbətdə biri digərinə) isinişə bilməsi, vərdiş edə bilməsi üçün onların vaxtaşırı görüşməsi, biri-birlərini müxtəlif epizodlarda seyr edə bilməsi, tərəflərin bir-birinin (birtərəfli məhəbbətdə biri digərinin) rifah və təhlükəsizliyinin qarantı olması və s. kimi faktorlar xüsusi əhəmiyyətlidir. Mənbə Sayt.Biz

Bu gün sizlərə ən gözəl sevgi şeirlərini paylaşacağıq

Sevirəm ilk eşqim sevirəm səni

Bir yerin ağrısa ağrıyar canım,
Ey mənim damarda axan bu qanım.
Səni sevdiyimi de necə danım,
Sevirəm ilk eşqim sevirəm səni.

Səni sevmək üçün yaranmışam mən,
Səni hər dəqiqə bil anmışam mən.
Dünyaya cahana səs salmışam mən,
Sevirəm ilk eşqim sevirəm səni.

Unutsan sən məni gor qazaram mən,
Əgər çıxıb getsən tez azaram mən.
Dağlara daşlara bil yazaram mən,
Sevirəm ilk eşqim sevirəm səni.

Ağaclar baş əyir mənim sevgimə,
Eşqlər çata bilməz mənim eşqimə.
Hər zaman deyəcəm salıb dilimə,
Sevirəm ilk eşqim sevirəm səni.

Çatsa da sevgimiz bir gün bil sona,
Qoymaram ilk sevgim kül olub yana.
Ayrılan zamanı deyəcəm ona,
Sevirəm ilk eşqim sevirəm səni.

Yadlar ara vursa bil sevirəm mən,
Gözün gözlərimdə çox xoşbəxtəm mən.
Ölürəm gör yenə nə deyirəm mən,
Sevirəm ilk eşqim sevirəm səni.





Gəlirəm sənə

Bir vaxtlar mən sənin, xəyallarindim
Indi heç düşmürem, sənin yadına
Ürəyimde yaranıb, qəm abidəsi.
Hər dəfə ucalır, sənin adına

Bu qəder qəm-qüssə, olarmı sən de ?
Daha bezmişəm mən, özüm-özümdən
Gündüzlər mən sənsiz, deyib gülsemdə
Gecelər sənsizlik, gəlir gözümdən

Üstümdən həsrətin qoxusu gəlir
Çətindir sənsizlik , inan ki mənə
Qəlbində yer varsa, qarşıla məni
Özümdən çıxmışam gəlirəm sənə,



Arada vaxtın olsa ağlımdan çıx

Yenə də sızlayır, həsrət için də,
Mənim ürəyimin sən vuran yeri.
Hər dəfə ağlıma gələn də bax sən,
Alışır qəlbimin sən olan yeri.

Salmısan sən mənim, kədər köksümə,
Ürəyim hər yer də, dilənir səni.
Gözlərim özümdən, qeyri ixtiyar,
Itdiyin yollar da sülənir səni.

Mənim yaşayışım , yaşayış deyil.
Baxışın içimə, sazaq düşəndən.
Mənim dünyamın günəşi solub,
Gözlərin gözümdən, uzaq düşəndən.

Indi sualıma cavab ver görüm,
Sənsiz xəyallara mən nece dalım?
Arada vaxtın olsa ağlımdan çıx,
Mən də birazca rahat nəfəs alım.

Müəllif : Terlan Salehli



Son Görüş

Ayrıldıq… son vida,bu da son görüş,
Quru bir uğurlar dilədim sənə.
Həyat dedikləri biz güzgü imiş.
O ancaq gülərmiş, gülümsəyənə…

Ayrıldıq. quşların cəh-cəh fonunda,
Gizlədik ürəyin giziltisini.
Bəlkə ikimizdə duyurduq onda
Ölən məhəbbətin iniltisini…

Baxdıq ayrılığın gözünə dim-dik,
Şirin ömrümüzə qəm qatacağıq.
Birvaxt canim deyə xitab edərdik.
İndi unutmağa can atacağiq…

Necə soyuqqanlı,biz necə rahat.
Biz elə məhkumuq unudulmağa.
Məni bir udqumda udan bu həyat,
Səni üfürərək atdi, uzağa …

Nə vaxtsa düşəcəm yadına sənin,
Təsadüf eyləyər qəmgin çağına.
Mənim xəyalımın solğun kölgəsin,
Çəkər kirpiklərin göz qapağına…

Bu da ayrılığın kütləsiz yükü,
Bu da məhəbbətin buz baxışları.
Gözdən bircə damla yaş axmadı ki,
Soyuq üzümüzü isitsin barı…



Qadın Ürəyi

Necə rəhmlidir, necə amansız,
Necə mehribandır Qadın ürəyi!
Sən onu sındırsan, bil ki, a qansız,
Ağlayan kamandır qadın ürəyi.

…Güldürsən, ömürlük səadətindir,
Söndürsən, yanmağı bir də çətindir.
O, əsl qayğının, məhəbbətindir,
Sevgisiz zindandı qadın ürəyi.

Daşı da əridər, daş da olar o,
Əriyib gözlərdə yaş da olar o,
Bahar da olar o, qış da olar o,
Damladır, ümmandır qadın ürəyi.

Onunla dünyadır sənə qəfəs də,
Onsuz heç yaşama bu torpaq üstə.
Sevən bir ürəyə axır nəfəsdə,
Ən gözəl dərmandı qadın ürəyi.

Onu ağladan da, ucaldan da biz,
Dərd verib, vədəsiz qocaldan da biz.
Qədrini biləndə bu cahanda biz,
Həmişə cavandı qadın ürəyi.

Bəzən gül tək solar acı bir sözdən,
Ağlayar xəlvəti gülsə də üzdən.
Bəzən uşaq kimi bir ürəksizdən,
Məhəbbət umandır qadın ürəyi.

Bir namərd əlindən zəhər içəndə,
Keçirər ömrünü o, yas içində.
Bəzən qiymətli bir libas içində,
Nalədir, fəğandır qadın ürəyi.

Ömrə zinət verən, səadət quran,
Kişi ürəyini nurla dolduran.
İsməti bir nəsli göyə qaldıran,
Eşqə hökmürandır qadın ürəyi.

Mənbə: Sayt.Biz

Yazdı: Admin
İnstagramda BUĞDA.TV bizi Takib et
Hörmətli Ziyarətçi, sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz. Sayta Qeydiyyat ol saytdan daha rahat istifadə edə bilərsiniz.
Adınız: *
E-Posta adrəsiniz: *
Şəkildə göstərilən hərf və ya rəqəmi yazın: