Ayrilmayaq Şeir

Biz sosial mediada:
TikTok: BEY MEDİA | YouTube: BEY MEDİA | İnstagram:BEY MEDİA

loading...
Xeyalın yanımda, sen uzaqdasan,
Hicranın yolları ömür qederdir.
Bu yalqız axşamda yuvama baxsan,
Menem, xeyalındır, bir de kederdir.


Gel ört pencereni, qalaq üz-üze
Bir sen ol, bir de men, bir de gözlerin
Vüsal qerq olarken hicran denize,
Ağ bir yelken olsun o son sözlerin.


Bir sen ol, bir de men, bir de derdimiz
Ağlayaq doyunca gülek doyunca,
Baş-başa qaldıqca bu möhnetde biz,
Döysün qapıları külek doyunca


Döysün, qoy açmayaq yorulsun külek,
Qemli hicran qalsın qapıda dustaq.
Bir az vüsalınla çırpınsın ürek,
Sonra... Sonra yene biz ayrılmayaq...

Şərh Yaz