Sevgimiz Seir

Gelişimi hiss eleyib
tez çıxardın eyvana yar.
Gül üzünü görmeyen gün
dünya mene gelerdi dar.
Üreyim de qan ağlayıb,
gözlerim de hetda dolub
Pervanetek binanıza
dolandığım günler olub.
Qonşudakı qız-gelinler
danışardı ikimizi-
Yadımıza salaq biraz,
xatırlayaq sevgimizi.

Meni gören qonşu qızı
qapınızı tez döyerdi.
Seni seven oğlan gelib,
bayırdadır söyleyerdi.
Gelib eyvanın qapısın,
güle-güle açardın sen.
Seher doğan Güneş kimi,
o dem şefeq saçardın sen.
O günlerin yaddaşımda
bu günedek qalıb izi.
Yadımıza salaq biraz,
Xatırlayaq sevgimizi.

Geceleri seheredek
telefondan asılardıq.
Sözümüzde qurtarardı
sevgimize qısılardıq.
Nefesimiz gedib-geler,
lal olardı gel dilimiz.
Desteyi üste asmağa
gelmez idi heç elimiz.
Qoymayırdı göz qırpmağa
o möhteşem sevgi bizi.
Yadımıza salaq biraz,
Xatırlayaq sevgimizi.

Her ne desem “he” deyerdin,
Olmaz idi etirazın.
Herden küsüb-barışardıq
hansın deyim, hansın yazım.
Men sevsemde söylemirdim
sevdiyimi birce kere.
Sığışdıra bilmedim yar
sevgimizi bir şeire.
Şeir nedir sevgimizden
çekmek olar hetda dizi
Yadımıza salaq biraz,
Xatırlayaq sevgimizi.
+ 0 -

Şərh Yaz

  • Sayt.Biz
  • Sayt.Biz
  • Sayt.Biz