Son Zəng Şeiri

Məktəbi edirəm son dəfə seyr,
Dilimdən damlayır sonuncu şeir,
Titrəyir nədənsə sol yanım biraz,
Vurmayın Son Zəngi dayanım biraz !
~
Ayrılıq sözləri geciksin dilə,
Qaytarın Siz Məni ötən fəsilə.
Göz yumun bir anlıq Dostlarım ilə,
Uşaq tək oynayım yubanım biraz,
Vurmayın Son Zəngi dayanım biraz !
~
Dəcəllik illərim bitdi əlimdən,
Saxlaya bilmədim itdi əlimdən.
Ömrümün yarısı getdi əlimdən,
Ağrıdan sızlayır bu canım biraz,
Vurmayın Son Zəngi dayanım biraz !

Şərh Yaz

  • Sayt.Biz
  • Sayt.Biz
  • Sayt.Biz