Maraqli və düşündürücü Şeir

Allahın adıyla başladım söze,
Maraqlı ehvalat danışım size.
Bir deli keçerken mescid yanından,
Eşidir müezzin oxuyur azan.
Tez telesik gedib alır destemaz,
Ta ki, camaatla o qılsın namaz.
Daxil olan zaman mescide deli,
Hereketler edir xeyli gülmeli.
Hamıya birbe-bir diqqetle baxır,
Birden ne üçünse bayıra çıxır.
Bir şele odunu alır dalına,
Meettel qalırlar onun halına.
Bu veziyyetde de qayıdır geri,
Şelesi belinde girir içeri.
Niyyet eyleyerek qiyama durur,
Eyilir, düzelir, qalxıb, oturur.
Namaz esnasında bütün camaat,
Odunlar düşdükce, olur narahat.
Bu minvalla namaz yetişir sona,
Hamı narazılıq bildirir ona.
Hamısı deyinir, bele şey olar,
Belinde şeleyle namaz qılarlar?
Nehayet pişnamaz eşidir bunu,
Sesleyib yanına çağırır onu.
Deyir: axı oğul bele şey olmaz,
Belinde odunla qılmazlar namaz.
Dinleyir deyilen her bir kelmeni,
Deyir: danlayırsız niye tek meni.
Namazda herenin belinde bir yük,
Birinde balaca birinde böyük.
Birinin belinde alma ağacı,
Birinin belinde padşahın tacı.
Kiminin belinde arvad, uşağı,
Kiminin belinde bostanı, bağı.
Bezisi dalına alıb külfetin,
Bezisi sayırdı varın, dövletin.
Biri fikirleşir evde uşağın,
Biri fikirleşir beherin bagın.
Biri fikirleşir göresen tutar,
Ekdiyim almalar bu gelen bahar?
Padşahdı bezisi öz xeyalında,
Hamının xeyalı yükdür dalında.
Cergeden qabağda sen durmuşdun tek,
Belinde varidi bir xeste inek.
Deyirdin göresen sağalar haçan,
Südiyle külfeti saxlayan heyvan.
Sizin hamınızı gördükde bele,
Belime bağladım böyük bir şele.
Sözünü bitirib şelesin yığır,
Bağlayır beline mescidden çıxır.
Odur ki, namaza duran her adam,
Azad olmalıdır yüklerden tamam.
Başqa bir fikirde olmasın insan,
Allahla rabite yaradan zaman.
Ömüre e'tibar eylemek olmaz,
Belke sonuncudur qıldığın namaz.
+ 0 -

Şərh Yaz

  • Sayt.Biz
  • Sayt.Biz
  • Sayt.Biz