Xatirədir Seir

Niyə yanır bu ocaq,
Yanıb külü qalacaq.
Bilmirəm nə olacaq,
Olanı - xatirədir.

Niyə çıxdıq yola biz,
Dəli olub bu dəniz.
Bir adadır sevgimiz,
Hər yanı-xatirədir.

Qar yağır narın-narın,
Üzü gülür dağların.
O yaşıl yarpaqların
Solanı – xatirədir.

Niyə çıxdıq yola biz,
Dəli olub bu dəniz.
Bir adadır sevgimiz,
Hər yanı-xatirədir.

Gerçəkdi,yoxsa yalan,
Gəlib keçdi nə zaman.
Sevginin ömrü bir an,
Qalanı-xatirəlir!

Qalanı-xatirədir!
Niyə çıxdıq yola biz,
Dəli olub bu dəniz.
Bir adadır sevgimiz,
Hər yanı-xatirədir.
+ 0 -

Şərh Yaz

  • Sayt.Biz
  • Sayt.Biz
  • Sayt.Biz