Kaş uşaq olaydim Şeir

Uşaqlıq illeri bir de qayıtmaz
Acılı, şirinli en gözel çağlar
Böyüyüb qefilden deyişir insan
Yox olur bir anda sanki uşaqlar

İl keçir yaş üste yaş gelir yene
Qayğısız günlerden uzaqlaşıram
İnsan yaşlandıqca böyüyer axı
Men ise get-gede uşaqlaşıram

Böyüyen belke de özüm deyilem
İçimde uşaqlıq böyüyür menim
Ömründe tekrarı olaydı kaşki
Böyümek kesilib canıma qenim

İndi uşaqlığın hesretindeyem
Kaş yene kiçilib uşaq olaydım
Böyümek ne yaman çetin bir işmiş
Kaşki heç böyümez uşaq qalaydım

Böyümek get-gede qorxudur meni
Böyüyüb gedirik ölüme sarı
Böyüyüb bir gün men yox olacamsa
Kaş uşaq qalaydım, ölmezdim barı.

+ 0 -

Şərh Yaz

  • Sayt.Biz
  • Sayt.Biz
  • Sayt.Biz