Hər Dildə qarşiligi olmayan sevgi sözləri

TikTok: BEY MEDİA | YouTube: BEY MEDİA | İnstagram:BEY MEDİA


Müxtəlif dillərdə qarşilği olmayan, sevgini ifadə edən sözlər, hər dildə sevgi sözləri, Azeri, Rus, Fransiz, Alman, Cin və digər dillərdə Tərcüməsi ilə sayt.biz paylaşdi Buyurun oxuyun və istəfadə edin Sevgi Sözləri

İllüstratör Emma Block, aşiq olan hər kəsin yaşadığı, amma hər dildə qarşılığı olmayan duyğu və vəziyyətləri toplayıb və rəsm şəklinə salıb. Nəticə olaraq da ortaya belə bir iş çıxıb:

Dor (Rumın): Aşıq olunan şəxsdən ayrı qaldıqda hiss etdiyiniz həsrət hissi.

Untitled-1

Cafuné (Portuqal): Sevgilinin saçları arasından barmaqlarınızı keçirərək oxşamaq.

Untitled-2

Merak (Serb): Kiçik zövqlərdən əldə etdiyiniz, kainatla bir olma hissi.

Untitled-3

Firgun (İvrit): Başqa birinin xoşbəxtliyi üçün hiss etdiyiniz, eqoist olmayan sevinc.

Untitled-4

Koi No Yokan (Yapon): Yeni tanış olduğunuz biriylə ömür boyu birlikdə olmağın taleyiniz olduğunu düşünmə vəziyyəti.

Untitled-5

Zhi Zi Zhi Shou, Yu Zi Xie Lao (Çin): Əl-ələ tutmaq və birlikdə qocalmaq.

Untitled-6

Retrouvailles (Fransız): Uzun bir ayrılıqdan sonra sevilən adamla qovuşma vəziyyəti.

Untitled-7

Viraha (Hind): Yaşanan ayrılıq sayəsində anlaşılan məhəbbət.

Untitled-8

Kilig (Filippin): Aşiq olduğunuz insanı gördükdə yaşadığınız sərsəmlik halı.

Untitled-9

Gezelligheid (Niderland): Sevdiyinlə birlikdə olmağın verdiyi rahatlıq hissi.

Untitled-10

Naz (Urdu): Sevdiyiniz üçün hiss etdiyiniz qürur.

Untitled-11

Oodal (Tamil): Bir mübahisənin ardından, cütlərin nümayiş etdirdiyi saxta qəzəb.

Untitled-12

Geborgenheit (Alman): Sevdiyinlə birlikdə olmağın verdiyi təhlükəsizlik hissi.

Untitled-13

Hai Shi Shan Meng (Çin): Sonsuz məhəbbət üçün verilən söz.

Untitled-14

Odnoliub (Rus): Həyatı boyu eşqi yalnız bir dəfə dadmış adam.

Untitled-15

Yuanfen (Çin): Aşiqləri bir-birinə bağlayan qüvvə.

Untitled-16

Forelsket (Danimarka): Aşiq olmağın insana yaşatdığı əvəzsiz səadət.

Untitled-17

Manabamáte (Rapanui): Aşiq olduğunuzda yaşadığınız iştahsızlıq.

Untitled-18

Onsra (Boro dili): Məhəbbətin sonsuz olmadığını bilməyin yaşatdığı acı-şirin hiss.

Şərh Yaz