Hava Haqqinda 15.08.2017 Hava Məlumati 15 Avqust 2017
Avqustun 15-də hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin səhər yarımadanın bəzi yerlərində qısamüddətli yağış yağacağı ehtimalı var. Şimal-şərq küləyi əsəcək, axşam mülayim şimal-qərb küləyi ilə əvəz olunacaq.
Havanın temperaturunun Abşeron yarımadasında gecə 21-25, gündüz 31-36, Bakıda gecə 23-25, gündüz 35-37 dərəcə isti olacağı gözlənilir.