Çantanızda nələr var?

Düz bir həftə əvvəl evlənmə təklifi təxminiylə (qadın belə düşünürdü) “O”, qadını bir kafeyə dəvət etmiş, əvəzində isə qadına verdiyi sadəcə əlvida məktubu oldu. Getdi. Bir daha dönməmək üçün getdi. Anaq son dəfə gözlərinə baxdı. İllərdir sevdiyi qadının ay çöhrəsindəki o məzlum cizgiləri gördü. Amma acımadı. Acıya bilmədi. Çünki getməsəydi xəyanət edəcəkdi, illərin saf sevgisinə, bəlkə də özünə...
Ancaq bütün bu olanlar, yeniliklər Aygünə yaxşı təsir etmirdi. Birincisi ona görə ki, nə edirsə etsin üç ayda bircə dəfə də olsun nə məktub yazan, nə telefon zəngi edən Orxanı unuda bilmirdi. Əslində Orxan tərəfdən buna imkan olmadığı üçün, Aygün tərəfdənsə “neynir məni, yəqin yad eldə birini tapıb” kimi mənasız emosional düşüncələr idi hər şeyi edən. İkincisi də ki, məlum “camaat”...