Lazımlı Programlar 20 ədəd işinizə yaraya biləcək programlar


Salam dəyərli Sayt.Biz istifadəçiləri.
Düşünürəm ki, hər kəs öz bacardığı, başqasına yararlı ola biləcək paylaşımlar etsə çox gözəl olar. Buna görə də, #saytbiz hastagı ilə bu kompaniyanı başladıram. Bilddiklərinizi forumdan və istifadəçilərdən əsirgəməyin )

1. Hansısa mahnını gedir. O mahnını tapmaq üçün shazamı qoşursuz tapır. Ama ki mahnı yoxdu. Prosta dilinizə düşüb oxuyursuz. Bilmək istəyirsiz hansı mahnıdı. Onu da soundhound tapacaq. Açırsız proqramı oxuyursuz tapma ehtimalı yüksəkdi.
YÜKLƏ


2. Fotosessiyaya çıxmaq istəyirsiz. Məsələn istəyirsiz ki, gün işığı olsun ya da axşam vaxtı olsun ki, şəklin rəngi yaxşı olsun. Phototime proqramı ən qəşəng vaxtları göstərir.
YÜKLƏ

3. Evdə oturmusuz. Əlinizin altında olan şeylərlə nəsə içməyə bir şey hazırlamaq istəyirsiz. Ya da ki barmen olmaq istəyirsiz. Ona görə də içki düzəltməyi öyrənmək istəyirsiz. Bu proqramda 10000dən çox kokteyl, içki resepti var. İstəsəz nə varsa yazırsız proqrama. O sizə nəyi düzəltməyə imkan varsa onu göstərəcək. Ama ki proqram ingiliscədi.
> YÜKLƏ

4. Bir şəkildə rəng görürsüz. O rəngi başqa bir proqramda istifadə eləmək istəyirsiz. Ama nə qədər o yan bu yana eləyirsən rəngi tutuzdurmaq olmur. Bu proqram həmin rəngin kodunu sizə deyir. Düzü bu picsartda da olmalıdı mən bilən. Ama ki 1 dənə rəng öyrənməyə görə picsart açmağa dəyməz
YÜKLƏ

5. Bu proqram aşağısında tarix saat yazılan köhnə videokaset effekti ilə video çəkir. Xpertin bir klipi də var belə effektdə
YÜKLƏ

6. Əgər telefonunuzda həddindən çox proqram varsa, nəyin harda olduğunu bilmirsizsə bu proqram onu tapmağın ən asan yoludu. Telefonda olan hər şeyi axtarışa verib tapırsız. Axtarış yerinə yazan kimi gəlir həmin proqram video şəkil kontaktda kiminsə nömrəsi hər şeyi qabağınıza çıxarır. Ama ki telefonda olan nə varsa erişməsi üçün icazə verməlisiz. Mənim məlumatlarım kimin nəyinə lazımdı deyirsizsə yükləyin getsin
YÜKLƏ

7. Evdə albomda olan rəsmin şəklini çəkmək istəyirsiz. Ama telefonu sağa sola yuxarı aşağı hərəkət elətdirirsiz. Yenə də fotonun üstünə işıq düşür hansısa hissə görünmür şəkildə. Bu proqram həmin fotonu təmiz çəkməyə kömək eləyir
> ​YÜKLƏ​​​

8. Çölə çıxıb fotosessiyadan zaddan eləmisiz. Şəkillər də qəşəng alınıb. Bu proqram daha da qəşəng eləyəcək şəkli. Deməli bu proqram səmanın rəngini dəyişir. Belə deyəndə çox da vacib görünmür. Ama istifadə eləyəndə işə yarayan bir şey olduğunu görəcəksiz
> ​YÜKLƏ​​​

9. Bu proqram hamı bilir yandexdi o heç. Bu proqramda şəkil axtarmaq funksiyası var(bilmirəm googleda varsa). Lori dildə desək kimsə sizə şəklin atıb ki bu mənəm. Onu yoxlamaq istəyirsiz ki, internet şəklidi ya yox. Ya da ki internetdə hansısa bir məşhurun şəklini görürsüz. Profilini tapmaq istəyirsiz. Belə hallarda həmin şəkli atırsız bu proqrama. İnternetdə harda bu şəkil var hamısın çıxarır qabağınıza
> ​YÜKLƏ​​​

10. Bu proqram arxa fonu silməyə yarayır. Uşaqlarla mırtdaşmağa da yarayır). Adamı bir yerdə götürüb başqa bir yerə fotoşoplamağa yarayır)
> ​YÜKLƏ​​​

11. Bu proqramı çox adam bilir. Şəklin üstünə yazı yazmaq üçün ən sadə proqram. Bu proqramda fontlar olan siyahıda my fonts bölməsi də var. Ora boşdu. İnternetdə 10000lərlə font var
Googleda yazan kimi gəlir. Hamısının yanında da download yeri var. Ordan telefona yükləyib bu proqramda rahat işlədə bilərsiz
> ​YÜKLƏ​​​

12. Əvvəllər belə proqramlara baş qoşmurdum. Ama axır vaxtlar tez tez istifadə eləyirəm. Play storeda endirimdə olan, bir müddətlik pulsuz olan proqramları göstərən proqramdı. Tez tez girib baxıram, pulsuz olan lazımlı proqram varsa yükləyirəm
> ​YÜKLƏ​​​

13. YouTubedan mahnıya qulaq asmaq üçün ən yaxşı proqramdı məncə. Çox çox az mb aparır. İstəsəniz yükləyib də qulaq asa bilərsiz. Həm music player kimi, həm də youtube music kimi. Video kimi də baxa bilərsiz. Ama mahnıya qulaq asmağa daha çox yarayır. Play storeda yoxdu
> ​YÜKLƏ​​​

14. Bu proqram instagram üçün bəzi əlavə proqramlarda olan funksiyaları bir yerə yığıb. Belə başa salmaq olmur. Yükləyib baxsaz başa düşəcəksiz
> ​YÜKLƏ​​​

15. Bu proqram Əhmədin 10 yaşı var. Hovuzun dərinliyi 2 metrdisə, Yerlə Günəş arasındakı məsafəni tapın məsələsinə cavab tapa biləcək proqramdı. Yəni ki içində hər cür hesablama apara bilərsiz. Abituriyentdən tutmuş mühasibat işi görənlərə kimi rəqəmlərlə işi olan hamıya lazımlı proqramdı
> ​YÜKLƏ​​​

16. Bu proqram internetdə gördüyünüz üstdən çəkilişlə sürətləndirilmiş yemək, şirniyyat hazırlama videolarının mənbəyidi. Yemək bişirməyə aid işiniz varsa lazımlıdı
> ​YÜKLƏ​​​

17. Bu proqram uzun yazışmalarda ekranın şəklini çəkməyə yarayır. Çox da vacib olmasa da oğlan mesaj yazan kimi sırazı ekranın şəklin çəkib paylaşıb təhqir eləyən qızlara yarayar
> ​YÜKLƏ​​​

18. Bu proqram ı çox adam bilir. Ama yenə də çox yararlı olduğuna görə paylaşmaq istədim. Deməli budilnikə dura bilməyənlər, yuxu problemi olanlar bunu yükləsin. Oyatmadan əl çəkmir bu proqram. İçində çox funksiya var. Məncə ən yaxşısı durub nəyinsə şəklin çəkməkdi. Uzaqda olan bir şeyin şəklini çəkib yükləyirsiz proqrama hər dəfə onun şəklini çəkməsəz sönən deyil. Belə misal zad da həll eləmək olur. Yuxudan oyatmaqda 1 nömrədi
> ​YÜKLƏ​​​

19. Bu proqram sənət əsərləri haqqındadı. Yəqin ki çox az adama maraqlı olar. Deməli bu proqram sənət əsərləri, rəsmlər haqqında məlumat verir. Tutaq ki Mona Lizanın şəklini göstərir. Deyir bu əsər filan ildə filan adam tərəfindən yaradılıb, mənası budu, bunları çatdırmaq istəyir bizə, bu elementləri var kimi şeylər. Hər gün bir rəsm əsəri göstərir sizə. Rəsm əsərləri haqqında məlumatlanmaq üçün yaxşı proqramdı
> ​YÜKLƏ​​​

20.Xaricdə olanlar, tək yaşayanlar, necə bişirim, bu gün nə bişirim deyənlər. 1000+ yemək resepti
> ​YÜKLƏ​​​


Bu mövzu işinizə yaradısa şərh yazın davamı gəlsin

+ 0 -

Şərh Yaz

  • Sayt.Biz
  • Sayt.Biz
  • Sayt.Biz