» » Galaxy S10 və Note10 - 2019-cu ildə Samsung-un təqdim etdiyi ən yaxşı flaqmanlar

Galaxy S10 və Note10 - 2019-cu ildə Samsung-un təqdim etdiyi ən yaxşı flaqmanlar


Salam əziz oxucular 2019-cu il yalnız Samsung-un təqdim etdiyi inanılmaz cihazları ilə deyil, həm də şirkətin səyləri sayəsində əldə etdiyi saysız-hesabsız mükafatlarla yadda qaldı. Buna misal olaraq, şirkətin flaqmanları olan Galaxy S10 və Note 10 və onların təmsil etdiyi məhsul xətti, dünyanın ən nüfuzlu nəşrləri adından təriflərə, məşhur testləşdirmə mərkəzlərindən isə ən yüksək qiymətlərə layiq görülüblər. Smartfonlara həsr edilmiş icmalda, yalnız "xarici və daxili" göstəricilər deyil, həm də erqonomika, istifadə rahatlığı və sadəliyi, kimi bir çox amillər nəzərə alınıb. Beləliklə, buna misal olaraq, DisplayMate mütəxəssisləri Samsung Galaxy S10 ən yüksək A + reytinqi və "Ən yaxşı ekran ilə təchiz olunmuş smartfon" adına layiq görüblər. Ekspertlər qeyd ediblər ki, 3040x1440 piksel təsvir ölçülü 6.1" ekran, bazarda təmsil olunan ən yaxşı və keyfiyyətli displeydir.  DisplayMate, Galaxy S10 ekranının ən yaxşı hesab edilə biləcəyinə dair ondan çox göstəricini müəyyənləşdirərək, bunlardan rəng dəqiqliyi, yüksək səviyyəli parlaqlıq və baxış bucağının dəyişdiyində minimal parlaqlıq itkisini qeyd etmişdir. Digər bir nüfuzlu nəşr - TechRadar, Samsung-un istehsal etdiyi yeni telefon ekranlarının indiyə qədər hazırlanmış ən yaxşı displey olduğunu qeyd edib. Beləliklə, Samsung Galaxy S10 + gecənin ən böyük mükafatına layiq görülərək, Londonda keçirilən Mobile Choice Consumer Awards 2019-da "İlin smartfonu" adı ilə təltif edilib. "S10 və S10 + smartfonları bazarda təmsil olunan cihazların ən yaxşısıdır. Əgər bu iki telefon arasında ən yaxşısını seçməyimiz tələb olunsaydı, Galaxy S10 +-un böyük ekranını, böyük batareyasını və iki modullu selfie kamerasını seçərdik, lakin sözsüz ki, hər iki telefon öz tacına layiqdir". Yuxarıda qeyd edildiyi kimi, sözü gedən icmal çərçivəsində smartfonların tək "içliyi" deyil, həm də istifadə rahatlığı qiymətləndirilib, belə  ki, buna misal olaraq The Guardian öz məqaləsində Samsung Galaxy S10-a "Ən yaxşı kiçik Android cihaz" adını verib. Nəşr qeyd edir ki: "Əgər sizə istifadə üçün rahat, cibinizə asanlıqla yerləşən,  "kiçik" ölçülərə sahib olub, geniş ekranla təchiz olunmuş smartfon gərəkdirsə, onda əminliklə seçiminizi Samsung Galaxy S10 üzərində dayandıra bilərsiniz". 2020-ci ilin ilk ayları olmasına baxmayaraq, sözü gedən bu smartfon artıq Pocket-Lint və T3 kimi məşhur nəşrlərin siyahılarında yer almağa müvəffəq olub. Belə ki, nəşrlər burada təkcə Galaxy S10 deyil, həm də Note 10+ üstünlüklərini qeyd ediblər. Beləliklə, Pocket-Lint, Galaxy S10+ 2020-ci ilin ən yaxşı smartfon rəhbərliyinə əlavə edib. "Bu telefonu əldə etməyi arzulamamaq çətindir. O, mobil cihazın təchiz ola biləcəyi ən yaxşı displeyin sahibidir. İncə dizayn, suya davamlı korpus, ekran üzərində yerləşən barmaq izi skaneri, microSD kart dəstəyi və 3,5 mm qulaqcıq yuvası - Galaxy S10 əla seçim edir. S10e də nəşrin siyahısına daxil edilib. Əlavə olaraq, Pocket-Lint S Pen və smartfonun ekranını xüsusi  qeyd edərək Note 10+-la siyahını tamamlayıb. Həmçinin, T3 yazır ki:"Pul müqabilində əldə edə biləcəyiniz ən yaxşı Android smartfonunu axtarırsınızsa, dərhal oxumağı dayandırıb,  Samsung Galaxy S10 + satın alın.".  Belə ki, Samsung Galaxy S10 + nəşrin təqdim etdiyi , "2020-ci ilin ən yaxşı Android Telefonları" siyahısında birinci yeri tutub. Bu siyahıda 4-cü yerə isə S Pen, displey, ölçü, dizayn və kamera sisteminin göstəricilərinə görə Note 10 layiq görülüb. DisplayMate Technologies mütəxəssisləri də Galaxy Note 10+-un əla displeyə sahib olduğunu qeyd ediblər. Test nəticələrinə görə, smartfon Best Performing Smartphone Display Award mükafatına və ən yüksək A + qiymətinə layiq görülərək, müxtəlif göstəricilər üzrə 13 rekorda imza atıb. DisplayMate qeyd edib ki: "Galaxy Note 10+ tanınmağa layiq universal bir cihazdır". CNET mütəxəssisləri də bu rəy ilə razılaşaraq:  "İncə, çox funksiyalı Note 10+ rəqibləri arasındakı məsafəni azaldan, ən yaxşı Android smartfona sahib olmaq istəyənlər üçün hazırlanmış, premium cihazdır. ", deyə qeyd ediblər. Həmçinin, nəşr Samsung-un istənilən tələbi ödəyə bilən əla smartfonlar istehsal etdiyini bildirib. Bununla yanaşı, mütəxəssislər Note 10 + ən yaxşı xüsusiyyətlərini özündə əks etdirən siyahını təqdim ediblər, bunlardan
Hörmətli Ziyarətçi, sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz. Sayta Qeydiyyat ol saytdan daha rahat istifadə edə bilərsiniz.
Adınız: *
E-Posta adrəsiniz: *
Şəkildə göstərilən hərf və ya rəqəmi yazın: