Bill Qeytsi qabaqladı Dünyanın ən zəngini oldu

TikTok: BEY MEDİA | YouTube: BEY MEDİA | İnstagram:BEY MEDİA


“Forbes” nəşri dünyanın ən zəngin adamlarının siyahısını hazırlayıb.

“Qafqazinfo” TASS-a istinadən xəbər verir ki, İspaniyanın “Inditex”şirkəti və “Zara” ticarət markasının yaradıcısı Amansio Orteqa jurnalın versiyasına görə dünyanın ən zəngin adamı seçilib.

“Inditex”-in səhmlərinin qiymətinin kəskin artmasından sonra A.Orteqa “Microsoft”un yaradıcısı Bill Qeytsi üstələməyi bacarıb.

Nəşrin hesablamalarına görə, ispaniyalının sərvəti 85 milyard dollar təşkil edir. Son ay ərzində onun sərvəti 1,2 milyard dollar artıb.

Şərh Yaz