Sayt.Biz


» » Türkiyədən ABŞ-a sərt reaksiya

Türkiyədən ABŞ-a sərt reaksiya

Türkiyədən ABŞ-a sərt reaksiya

ABŞ-da Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın şəxsi mühafizəçilərinə cinayət işinin açılmasına rəsmi Ankaradan sərt cavab verilib.

“Qafqazinfo” CNN Türk-ə istinadən xəbər verir ki, 16 may 2017-ci ildə Türkiyənin Vaşinqtondakı səfirliyinin qarşısında Ərdoğanın mühafizəçilərinin aksiya iştirakçılarına sərt müdaxilə göstərməsi ilə bağlı cinayət işi açılıb.

Rəsmi Ankara qərardan təəssüfləndiklərini və həmin hadisədə ABŞ-ın yerli təhlükəsizlik qüvvələrinin məsuliyyətsizliyinin olduğunu açıqlayıb:

“Nümayəndə heyətimizin təhlükəsizliyi təmin edilməmişdi. PKK terror təşkilatının tərəfdarları aksiya adı altında provakasiyalar etmişdi. Bu barədə ABŞ-ın rəsmi dairələrinə dəfələrlə məlumat vermişdik. Buna baxmayaraq, cinayət işinin açılmasına ən sərt şəkildə etiraz edirik.

Qərar əsassızdır. ABŞ-da bəzi dairələr məsələni böyütmək niyyətindədir. Bu məsələdə hüquqi müstəvidə haqqımızı sona qədər qoruyacağıq”.

Qeyd edək ki, 16 mayda Ərdoğan Vaşinqtonda səfirlik binasına daxil olarkən onun əleyhinə müxtəlif şüarlar səsləndirilmiş və mühafizəçilər onlara müdaxilə etmişdi.
Hörmətli Ziyarətçi, sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz. Sayta Qeydiyyat ol saytdan daha rahat istifadə edə bilərsiniz.
Adınız: *
E-Posta adrəsiniz: *
Şəkildə göstərilən hərf və ya rəqəmi yazın: