Səudiyyə Ərəbistanı "qaydasız döyüş WWE"ə sahib çıxdı

Səudiyyə Ərəbistanı "qaydasız döyüş WWE"ə sahib çıxdı

Səudiyyə Ərəbistanı ABŞ-ın məşhur “WWE” restlinq şousunu ölkəsinə gətirir.

Sayt.Biz xəbər verir ki, bu barədə “Liferu” ərəb KİV-ə istinadən məlumat yayıb.

Bağlanmış müqaviləyə görə, demonstrativ xarakterli qaydasız döyüşün əsas çıxışları qarşıdakı 10 il ərzində krallığın ərazisində keçiriləcək.

Səudiyyə Ərəbistanının idman üzrə baş idarəsinin rəhbəri Türki əl Şeyx martın 1-də restlinq federasiyası ilə oyunların müstəsna olaraq Səudiyyə Ərəbistanı hüdudlarında təşkil olunması haqqında müqavilə imzalayıb.

Razılaşmaya əsasən, “qaydasız döyüş” şousunun hazırlıq mərhələsi, keçirilmə vasitələri və ümumi prosedur əvvəlki illərdəkindən fərqli olacaq.

Xatırladaq ki, ingilis dilindən tərcüməsi güləş anlamına gələn restlinq səhnələşdirilən, nümayiş xarakterli qaydasız döyüş hesab olunur.
+ +3 -

Şərh Yaz