18 yaşlı bitcoin milyonçusu

Özü 18 yaşında olsa da Erik Finman bir milyonerdir. Səbəbi isə Bitcoin-ə ilk vaxtlarda yatırdığı investisiyadır. 12 yaşında təhsilinə yatırım etsin deyə nənəsinin verdiyi 1000 dollarla bitcoin alıb. Hazırda 403 Bitcoin-ə malik olan Erik Finmanın bu virtual pullarını satması durumunda əlinə keçəcək miqdar isə təxminən 1,7 milyon dollar olacaqdır
Bu qədər pulu olduğu üçün də Finman məktəbə getmir, sabit bir işi də yoxdur. Etdiyi yeganə şey Bitcoin-ə fokuslanmaqdır.

Virtual pulda aşağı və yuxarı istiqamətdə baş verən sərt hərəkətlərə qarşı Finmanın fikri hazırda 4100 dollar səviyyəsində olan bir Bitcoin-in 10 min dollara qədər yüksələcəyi yönündədir.

Bitcoin-in alternativləri məsələsində isə Finman bu qədər nikbin deyil. Finman, Bitcoin-dən ayrılaraq ortaya çıxan Bitcoin Cash-in bir yan məhsul kimi qalacağını və Bitcoinin yerini heç vaxt tuta bilməyəcəyini düşünür.

Finman, Bitcoin-dən sonra gələn ən böyük virtual pul Eteryum-un dəyərinin isə spekulyasiyalar səbəbiylə yüksəldiyini və bir gün partlayacaq bir “şar” olduğunu bildirir
+ +1 -

Şərh Yaz

  • Sayt.Biz
  • Sayt.Biz
  • Sayt.Biz