Bakı- Quba yolunda zəncirvari qəza - Yaralılar var

Bakı-Quba yolunun Siyəzən rayonu ərazisindən keçən hissəsində zəncirvari avtobus qəzası baş verib. 2 avtobus və 1 mikroavtobusun toqquşması nəticəsində 4 nəfər xəsarət alıb.

Xaçmazdan Bakıya gələn avtobuslarqəzaya uğrayıb.

Zəncirvari qəzaBakı-Quba yolunun Siyəzən rayonu ərazisindən keçən hissəsindəbaş verib. Xaçmazdan Bakı istiqamətinə hərəkət edən Elmir Hüseynovun idarə etdiyi avtobus ehtiyatsızlıq səbəbindən Elçin Qarayevin idarə etdiyi mikroavtobusa arxadan çırpılıb. Mikroavtobus zərbənin təsirindən yoldan çıxıb və qarşıdan gələn Dilqəm İbrahimovun idarə etdiyiavtobusla toqquşub.

Qəza nəticəsində 4 sərnişin yaralanıb. Yaralılara hadisə yerinə çağırılan təcili yardım briqadaları tərəfindən ilkin tibbi yardım göstərilib.

Hadisə ilə bağlı araşdırma aparılır.

Şərh Yaz

  • Sayt.Biz
  • Sayt.Biz
  • Sayt.Biz