Azərbaycanda son 5 il ərzində nikaha daxil olanların sayı azalıb, boşananların sayı artıb

Azərbaycanda son 5 il ərzində nikaha daxil olanların sayı azalıb, boşananların sayı artıb

Sayt.Biz-ın məlumatına görə, 2017-ci ildə Azərbaycanda 62 923 nəfər nikaha daxil olub ki, bu da son 5 ilin ən aşağı göstəricisidir. 2013-cü ildə Azərbaycanda 86 852, 2014-cü ildə 84 912, 2015-ci ildə 68 773, 2016-cı ildə isə 66 771 nəfər nikah bağlayıb.

Əhalinin hər 1000 nəfərinə düşən nikahların sayı 2013-cü ildə 9.3, 2014-cü ildə 9, 2015-ci ildə 7.2, 2016-cı ildə 6.9, 2017-ci ildə 6.5 olub.

Boşanmaların sayına gəldikdə, 2013-cü ildə ölkədə 11 730, 2014-cü ildə 12 088, 2015-ci ildə 12 764, 2016-cı ildə 13 114, 2017-ci ildə 14 514 nəfər boşanıb.

Əhalinin hər 1000 nəfərinə düşən boşanmaların sayı 2013, 2014 və 2015-ci ildə 1.3, 2016-cı ildə 1.4, 2017-ci ildə isə 1,5 olub.

REKLAM:
İnstagram səyfəmizi Moda Şəkil Təqib et
+ 0 -

Şərh Yaz

  • Sayt.Biz
  • Sayt.Biz
  • Sayt.Biz