​Bu gün Azərbaycanda ilk Qədr gecəsidir - Bunları etməliyik..

​Bu gün Azərbaycanda ilk Qədr gecəsidir - Bunları etməliyik..


Bu gecə Azərbaycanda ilk Qədr (əhya) gecəsi qeyd olunacaq.

“Qədr gecəsi Quranın nazil olduğu 3 gecədən biridir”.
Bu sözləri Sayt.Biz-a açıqlaması zamanı ilahiyyatçı Hacı Fuad Pənahlı bildirib. Onun sözlərinə görə, bu gecə dindarların səhərədək oyaq qalıb ibadət etməsi, dualar eləməsi Quranı qarşılamaq kimi hesab olunur:

“Qədr gecəsinin çox dərin fəlsəfəsi var. Bu gecə insanın illik bəlalarının ondan uzaqlaşmasını təmin edən bir gecədir. Bir sözlə, başdan-ayağa fəzilətlərlə zəngin bir gecədir. Yaxşı olar ki, insanlar bu gecənin niyyəti ilə qüsul alıb, səhərə qədər oyaq qalsınlar. Qədr gecəsinin özünəməxsus duaları, zikirləri ilə məşğul olsunlar”.

Bu gecə ilə əlaqəli peyğəmbərin buyurduğu dua bu şəkildədir:

“Allahumma innəkə afuvvun tuhibbul avfa fafuanni”

“Allahım! Sən əvf edib bağışlayıcısan. Əfv etməyi sevirsən. Məni də bağışla.”
REKLAM:
+ +1 -

Şərh Yaz

  • Sayt.Biz
  • Sayt.Biz
  • Sayt.Biz