Bakıda yanğın söndürüldü - SON DƏQİQƏ - FOTO / VİDEO (YENİLƏNİB)
Bakı Poladtökmə Zavodunun ərazisində yanğın söndürülüb.
Sayt.Biz-ın Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən məlumatına görə, Binəqədi rayonunda Bakı Poladtökmə Zavodunun ərazisində istifadəyə yararsız avtomobil şinləri yanıb. Yanğın söndürülüb. İlkin məlumata görə, təxminən 200 m² ərazidə istifadəyə yararsız avtomobil şinləri yanıb.
Xatırladaq ki, ötən gün Binəqədi rayonunda Ağac Emalı Zavodunun (hazırda fəaliyyət göstərmir) 3,7 ha olan ərazisinə yığılmış istifadəyə yararsız avtomobil şinləri 1200 m² sahədə yanmışdı.
Sayt.Biz hadisə ilə bağlı görüntüləri təqdim edir:
[video=https://www.facebook.com/pageburada/videos/186052488721933/?t=9]