Bakıda atəşfəşanlıq olacaq

Milli Qurtuluş Günü münasibəti ilə iyunun 13-ü saat 19:30-da Səbail rayonu Badamdar qəsəbəsindəki Heydər Əliyev Parkında möhtəşəm bayram konserti təşkil olunacaq.

Səbail Rayon İcra Hakimiyyətindən verilən məlumata görə, Azərbaycan estradasının tanınmış ulduzlarının iştiraki ilə keçiriləcək konsertdə xalq mahnıları, dünya və Azərbaycan bəstəkarlarının əsərləri ifa olunacaq.

Səbail Rayon İcra Hakimiyyəti və Azərbaycan Dövlət Televiziya və Radio Verilişləri QSC-nin birgə təşkilatçılığı ilə keçirilən konsert möhtəşəm atəşfəşanlıqla başa çatacaq.
+ 0 -

Şərh Yaz

  • Sayt.Biz
  • Sayt.Biz
  • Sayt.Biz