Mehman Hüseynovdan - XƏBƏR VAR

Mehman Hüseynovdan - XƏBƏR VAR



Ali Məhkəmədə bloqger Mehman Hüseynovun barəsindəki hökmdən verilən kassasiya şikayəti üzrə məhkəmə prosesi başa çatıb.


Sayt.Biz-ın femida.az-a istinadən verdiyi xəbərə görə, prosesdə M.Hüseynovun öz istəyi ilə məhkəməyə gəlmədiyi elan olunub.

İclasda qərar elan olunub. Qərara əsasən, M.Hüseynovun kassasiya şikayəti təmin edilməyib.

Qeyd edək ki, M. Hüseynov Nəsimi RPİ-nin rəisi Musa Musayevun xüsusi ittiham qaydasında şikayəti əsasında Cinayət Məcəlləsinin 147.2-ci (böhtan, ağır və ya xüsusilə ağır cinayətdə ittiham etməklə böhtan atma) maddəsi ilə məsuliyyətə cəlb olunub.

Suraxanı Rayon Məhkəməsinin hökmü ilə M. Hüseynov 2 il müddətinə azadlıqdan məhrum edilib. O, məhkəmə zalında həbs olunub. Həmin hökmdən verilən apellyasiya şikayəti təmin edilməyib.

+ +1 -

Şərh Yaz

  • Sayt.Biz
  • Sayt.Biz
  • Sayt.Biz