Sayt.Biz


» » DTX-nın həbs etdiyi moldovalı hakerə hökm oxundu - ÖLKƏ

DTX-nın həbs etdiyi moldovalı hakerə hökm oxundu - ÖLKƏ

DTX-nın həbs etdiyi moldovalı hakerə hökm oxundu - ÖLKƏ


Elektron hesablayıcı maşınların sisteminin və onların şəbəkələrinin istismarı qaydalarını pozmaqda, həmçinin oğurluq etməkdə təqsirli bilinən Moldova vətəndaşı Sergey Petroviçin cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Sayt.Biz Teleqraf.com-a istinadən xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Faiq Qəniyevin sədrliyi ilə baş tutan prosesdə hökm oxunub.
Sergey Petroviç 10 il müddətinə azadlıqdan məhrum edilib.

İttihama görə, Azərbaycan Respublikasından kənarda fəaliyyət göstərən mütəşəkkil kibercinayətkar qrup tərəfindən ölkə banklarının kompüter sisteminə internet şəbəkəsi vasitəsilə qanunsuz müdaxilə edilməsi, pul vəsaitlərinin köçürülməsi, bankomatlardan təmassız pul çıxarılması və sair əməliyyatlarla ümumilikdə 3.000.000 manatdan artıq vəsaitin oğurlanması faktı üzrə Dövlət Təhlükəsizliyi Xidmətində cinayət işi başlanıb.

İstintaq-əməliyyat tədbirləri çərçivəsində beynəlxalq kibercinayətkar qrupun üzvü Petroviç Sergey Aksentiyeviç Azərbaycan hüdudularından kənarda saxlanılıb.

O, 2017-ci il dekabrın 30-da Azərbaycana ekstradisiya edilib.

Sergey Petroviçin bankomatlara kart daxil etmədən 2017-ci ilin 12-15 iyul tarixində 1 milyon 464 min 50 manat məbləğində pul çıxardığı da məlum olub.

Təqsirləndirilən şəxsin barəsində Cinayət Məcəlləsinin 177.3.2-ci (külli miqdarda ziyan vurmaqla oğurluq törətmək) və 273.4-cü (ictimai əhəmiyyətli infrastruktur obyektlərinin kompyuter sisteminə və ya onun hər hansı bir hissəsinə münasibətdə törədildikdə) maddələri ilə ittiham elan edilib.

Yazdı: MaSTeR_NiKo
İnstagramda BUĞDA.TV bizi Takib et
Hörmətli Ziyarətçi, sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz. Sayta Qeydiyyat ol saytdan daha rahat istifadə edə bilərsiniz.
Adınız: *
E-Posta adrəsiniz: *
Şəkildə göstərilən hərf və ya rəqəmi yazın: