Sayt.Biz


» » Bu yay 54 nəfəri ilan sancib

Bu yay 54 nəfəri ilan sancib

Bu yay 54 nəfəri ilan sancib

“Son bir həftədə 4 nəfər ilan sancma ilə bağlı Kliniki Tibbi Mərkəzin Toksikologiya şöbəsinə müraciət edib. Bu yöndə müraciətlər əsasən bölgələrdən daxil olub. Onlardan 3-ü qadın, 1-i kişidir. Vəziyyətləri kafidir”.

Sayt.Biz xəbər verir ki, bunu Lentaz-a açıqlamasında Səhiyyə Nazirliyinin Kliniki Tibbi Mərkəzi Toksikologiya şöbəsinin müdiri Azər Maqsudov deyib. Onun sözlərinə görə, mövsüm başlayandan ümumilikdə 54 nəfər ilan sancma ilə bağlı müraciət edib: “Ölüm faktı qeydə alınmayıb. Əsas müraciətlər isə bölgələrdəndir”.

Bundan başqa bir xəstə əqrəb sancması ilə bağlı Toksikologiya şöbəsinə qəbul olunub. İndi vəziyyəti kafidir. Həftə ərzində bir xəstə sirkə turşusundan zəhərlənmə ilə şöbəyə gətirilib. O da qadındır. 4 xəstədə isə dərman qəbulundan sonra allergiya yaranıb.

Şöbə müdiri onu da qeyd edib ki, həftə ərzində 7 nəfər spirtli içkilərdən zəhərlənib: “Onlar şöbəyə sərxoş vəziyyətdə gətirilib. Müayinədən keçdikdən sonra həkim məsləhəti ilə evə buraxılıblar. Həftə ərzində ölüm faktı qeydə alınmayıb”.
Yazdı: Admin
İnstagramda BUĞDA.TV bizi Takib et
Hörmətli Ziyarətçi, sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz. Sayta Qeydiyyat ol saytdan daha rahat istifadə edə bilərsiniz.
Adınız: *
E-Posta adrəsiniz: *
Şəkildə göstərilən hərf və ya rəqəmi yazın: