Sayt.Biz


» » Çində tabutlar və dəfn mərasimi ləğv edilir

Çində tabutlar və dəfn mərasimi ləğv edilir

Çində tabutlar və dəfn mərasimi ləğv edilir

Çinin cənub-şərqindəki Tszyansi vilayətində səlahiyyətli şəxslər torpaq resurslarını qorumaq üçün "yalnız kremasiya" siyasətini həyata keçirmək məqsədi ilə tədbirlər görməyə başlayıblar.

"Report" RİA "Novosti"yə istinadən xəbər verir ki, bu səbəbdən yerli əhalidən hazır tabutlar zorla müsadirə edilib və ölülərin ənənəvi dəfn mərasimlərinə qadağa qoyulub.

Vilayət rəhbərliyi kremasiyanı (meyiti yandırmaq - red.) insan qalıqlarını məhvinin yeganə icazə verilən üsulu etmək niyyətindədir. Artıq bu qaydanın təbiqinin sentyabrdan icbari olacağı bildirilir.

Şandun vilayətinin rəsmiləri də ənənəvi dəfn mərasimlərinin keçirilməsini qadağan ediblər. Yeni siyasətə əsasən, ölülər kremasiyaya məruz qalmalı, onların yaxınları isə müvafiq prosedurların həyata keçirilməsini təsdiq edən sənədi təqdim etməlidirlər.
Yazdı: Admin
İnstagramda BUĞDA.TV bizi Takib et
Hörmətli Ziyarətçi, sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz. Sayta Qeydiyyat ol saytdan daha rahat istifadə edə bilərsiniz.
Adınız: *
E-Posta adrəsiniz: *
Şəkildə göstərilən hərf və ya rəqəmi yazın: