Sayt.Biz


» » Əhmədinejad Trampa müraciət etdi

Əhmədinejad Trampa müraciət etdi

Əhmədinejad Trampa müraciət etdi

“Hörmətli Tramp, İran hökumətində təmsil olunan məsul şəxslərin “Yaşıl karta” sahib olan yaxınlarının adlarını və ABŞ-dakı bank hesablarının siyahısını açıqlayın”.

“Report” “Anadolu” agentliyinə istinadən xəbər verir ki, bunu İranın keçmiş prezidenti Mahmud Əhmədinejad “Twitter” səhifəsində yazıb.

Keçmiş prezident bir müddət əvvəl Sadiq Laricaninin sədri olduğu İran Məhkəmə Hakimiyyətinin korrupsiya ilə məşğul olduğunu bildirmişdi.

İyulun 31-də isə Mahmud Əhmədinejad və yaxın ətrafı İrandakı mövcud vəziyyətə etiraz etmək üçün Daxili İşlər Nazirliyindən icazə ilə bağlı müraciət edib. İndiyədək onun müraciətinə cavab verilməyib.
Yazdı: Admin
İnstagramda BUĞDA.TV bizi Takib et
Hörmətli Ziyarətçi, sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz. Sayta Qeydiyyat ol saytdan daha rahat istifadə edə bilərsiniz.
Adınız: *
E-Posta adrəsiniz: *
Şəkildə göstərilən hərf və ya rəqəmi yazın: