Rus model təcavüzdən qurtulmaq üçün özünü 6-cı mərtəbədən atdı


Dubayda cinsi zorakılığa məruz qalan rusiyalı model Yekaterina Stetsyuka bundan xilas olmaq üçün özünü 6-cı mərtəbədən atıb.
Sayt.Biz  xarici mətbuata istinadən xəbər verir ki, bu barədə 23 yaşlı modelin özü danışıb. O bildirib ki, bu ilin martında Dubaydan olan iş adamından iş təklifi alıb və çalışmaq üçün Dubaya yollanıb.
“Orda həmin şəxs məni evinə çağırdı, getmədim, oteldə görüşdük. Oteldə olarkən mənə içki təklif etdi, içmədim. Daha sonra mənə toxunmağa başladı. Onun əlini itələdim deyə bərk qəzəbləndi. Əlinə bıçaq aldı, məni zorlamaq istədi. Qorxdum, nə edəcəyimi bilmədim və özümü pəncərədən atdım. Onurğa sümüyümdə qırıqlar var idi, iki dəfə əməliyyat oldum. Xəstəxanada idim, təkcə barmaqlarımı hərəkət etdirə bilirdim. Gəlib, məni apardılar, dedilər, həmin adam məndən şikayətçidir. Guya ona bıçaqla xəsarət yetirmişəm. Düşünə bilirsiniz, bu hadisədə belə mən günahkar bilindim. 3 ay həbsdə qaldım, daha Rusiyanın diplomatik səyləri ilə həbsdən çıxdım. Həmin adamı tutmuşdular, sonra isə sərbəst buraxdılar. İndi də öyrənmişəm ki, ölkədən departasiya olunub”.
Bildirilir ki, həmin şəxs iş adamı departasiya olunaraq Pakistana göndərilib.
Nigar CƏFƏR


İnstagram səyfəmizi Moda Şəkil Təqib et
+ 0 -

Şərh Yaz

  • Sayt.Biz
  • Sayt.Biz
  • Sayt.Biz