Sayt.Biz


» » İnsan alverində təqsirləndirilən müğənniyə hökm oxundu

İnsan alverində təqsirləndirilən müğənniyə hökm oxundu


Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində Azərbaycan qadınlarını Türkiyəyə apararaq fahişəliyə cəlb edən müğənni Təranə Muradovanın cinayət işi üzrə məhkəmə prosesi başa çatıb. 
Sayt.Biz xəbər verir ki, hakim Mirzə Xankişiyevin sədrliyi ilə keçirilən iclasda hökm oxunub. 
Hökmə əsasən, T. Muradova barəsində iki il sınaq müddəti təyin edilməklə, şərti cəza seçilib. O, məhkəmə iclas zalından azadlığa buraxılıb. 
Xatırladaq ki, Daxili İşlər Nazirliyi İnsan Alverinə qarşı Mübarizə Baş İdarəsi əməkdaşları tərəfindən 2018-ci il fevralın 26-da keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində 1981-ci il təvəllüdlü, Bakı şəhər sakini Muradova Təranə Əli qızının ölkə vətəndaşları olan qadınları Türkiyə Respublikasına aparıb insan alverinə məruz qoyması faktı müəyyən edilib.
Qeyd edək ki, T.Muradova əvvəllər qadın alverinə görə polis tərəfindən tutulub. Belə ki, müğənniliklə məşğul olan T.Muradova bir neçə il əvvəl “Azəristar” mahnı yarışmasında iştirak etmiş Rüstəm Əlişanov və başqa bir qadınla birgə Cinayət Məcəlləsinin 144-1.2.1 və 144-2.5-ci (qabaqcadan əlbir olan bir qrup şəxs və ya mütəşəkkil dəstə tərəfindən iki və ya daha çox şəxs barəsində insan alveri) maddəsi ilə təqsirləndirilib. Lakin o, çox keçmədən həbsxanadan çıxıb.
Etibar Məmmədov
Hörmətli Ziyarətçi, sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz. Sayta Qeydiyyat ol saytdan daha rahat istifadə edə bilərsiniz.
Adınız: *
E-Posta adrəsiniz: *
Şəkildə göstərilən hərf və ya rəqəmi yazın: