Soyuqda başıaçıq gəzirsiniszə, bu problemlərlə qarşılaşacaqsınız



Soyuq, küləkli, yağışlı havada papaqsız gəzmək ən ziyanlı vərdişlərdəndir. Bu çox ciddi pozulmalara səbəb ola bilər:
- Otit (orta və daxili qulağın iltihabı), qulaqlarda furunkullar (güclü ağrıya səbəb olan irinliklər), qulaq sinirinin iltihabı və eşitmə problemləri.
- Üz və ənsə sinirlərinin iltihabı. Bu çox ciddi xəstəlikdir, güclü, üzücü ağrılarla müşayiət olunur və bəzən çox uzunmüddətli müalicə tələb edir

- Haymorit və frontit.
- Stenokardiya tutması. Sayt.Biz  xəbər verir ki, başın həddindən artıq soyuması daxili orqanların damarlarının və o cümlədən ürək damarlarının sıxılması və ürək ağrılarına səbəb ola bilər.
- Astma tutması.
- Keçəlləşmə. Soyuqdan saç soğanaqlarının qidalanması pozulur, saçlar zəif olur, asan tökülür.
- Miqren. Miqrenin səbəbi damarların sıxılmasıdır. Soyuqda damarlar sıxılır və bu da miqrenin əmələ gəlməsinə və ya kəskinləşməsinə səbəb ola bilər.

+ 0 -

Şərh Yaz

  • Sayt.Biz
  • Sayt.Biz
  • Sayt.Biz