ABŞ-ın nəhəng “Exxon Mobil” neft şirkəti Azərbaycanın iri neft-qaz layihəsini tərk etməyə hazırlaşır


Bu satış 25 illik səyahətin sonu demək olacaq.
ABŞ-ın nəhəng “Exxon Mobil” neft şirkəti “Əsrin müqaviləsi” adlandırılan Azərbaycanın iri neft-qaz layihəsini tərk etməyə hazırlaşır.
Bu barədə “Reuters” mənbəsinə istinadən məlumat yayıb. Buna səbəb ABŞ-ın neft-qaz nəhənginin öz qlobal əməliyyatlarına, sənaye və bank mənbələrinə yenidən baxmaq istəməsi göstərilir.
Exxon Xəzərdəki Azəri-Çıraq Günəşli yatağındakı 6.8 faizlik payının satışından 2 milyard dollar əldə etməyə ümid edir.
Nəşr yazır ki, bu satış 25 illik səyahətin sonu demək olacaq. Belə ki, Exxon Sovet İttifaqının dağılması və 1994-cü ildə müqavilənin imzalanmasından sonra Azərbaycanın indiki neft sənayesinin yaradılmasına kömək edən ABŞ-ın beş neft şirkətindən biri olub.
REKLAM:
+ 0 -

Şərh Yaz

  • Sayt.Biz
  • Sayt.Biz
  • Sayt.Biz