Azərbaycan manatı günü-gündən möhkəmlənir


Ümumiyyətlə, Azərbaycan manatı günü-gündən möhkəmlənir. Azərbaycan manatının möhkəmlənməsi üçün iqtisadi əsaslar mövcuddur”. 

Sayt.biz  xəbər verir ki, bu sözləri millət vəkili Azər Badamov deyib.

Deputatın sözlərinə görə, həm 2019-cu ilin qəbul olunmuş dövlət büdcəsi, həm də Azərbaycanın iqtisadi inkişafı və manatın arxasında dayanan istehsal, neftin qiymətinin sabitliyi, ölkəmizin valyuta ehtiyatlarının çoxalması və s. onu deməyə əsas verir ki, Azərbaycan manatı möhkəmlənəcəkdir: “Bununla belə Azərbaycanın ixrac potensialı günü-gündəm artır və ixracyönümlü mallar istehsal olunur. Təbii ki, bu da ölkəmizə əlavə valyuta gətirir və manatın möhkəmlənməsinə zəmin yaradır. Ümumiyyətlə, manatın yaxın müddətdə və yaxud da gələn ildə devalvasiya olacağı ilə bağlı deyilən fikirlərin heç bir əsası yoxdur.

Mən düşünmürəm ki, manatın devalvasiya ilə bağlı hər hansı bir şübhə yaratmağa ehtiyac var. Bəzi ekspertlərin dedikləri açıqlamalarla qətiyyən razı deyiləm. Çünki bu açıqlamaların heç bir əsası yoxdur. Bu ancaq insanlar arasında təşviş yarada biləcək bir açıqlamalardır. Bu gün Azərbaycan iqtisadiyyatı inkişaf edən, möhkəmlənən iqtisadiyyatı olan ölkədir. Bütün bunlar onu deməyə imkan verir ki, Azərbaycan öz iqtisadiyyatının inkişaf dinamikasını gələcək illərdə də qoruyub saxlaya biləcək”.
REKLAM:
+ 0 -

Şərh Yaz

  • Sayt.Biz
  • Sayt.Biz
  • Sayt.Biz